11 noyabr 2026 14:24
65

Misir turistlər üçün miqrasiya kartlarını ləğv edir

Misir hakimiyyəti turistlər üçün kağız miqrasiya kartlarının ləğvi planlarını təsdiqləyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

"Turistlərin Misirə gəldikdən sonra doldurmalı olduqları kağız miqrasiya kartları, görünür, artıq tarixə qovuşacaq. Ölkə hakimiyyəti xaricilər üçün bu prosedurdan imtina etmək planlarını növbəti dəfə təsdiqləyib", — deyə məlumatda bildirilir.

Misirin mülki aviasiya naziri Sameh əl-Hefninin parlamentin turizm və mülki aviasiya komitəsinin iclasında bəyan etdiyi kimi, ölkə vətəndaşları üçün kartlar artıq ləğv edilib, indi növbə xarici sərnişinlərdədir. Nazir bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb.

Bundan əlavə, Misir hakimiyyəti "E-Gates" elektron pasport qapılarının istifadəsini genişləndirməyi planlaşdırır. Bu sistem sərhəd nəzarətindən sərhədçilərin kabinələri önündəki adəti növbələr olmadan, avtomatik keçməyə imkan verir. Lakin xarici turistlərin bu sistemdən istifadə edə biləcəyi hələlik məlum deyil, deyə ATOR-dan qeyd ediblər.