11 noyabr 2026 14:05
107

Latviya RF və Belarus vətəndaşları üçün giriş və vizaların verilməsi məhdudiyyətlərini uzadıb

Latviya hökuməti respublika Xarici İşlər Nazirliyinin Rusiya və Belarus vətəndaşları üçün ölkəyə giriş və viza müraciətlərinin qəbuluna dair məhdudiyyətlərin 2027-ci il dekabrın 31-dək uzadılması barədə təklifini dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "grani.lv" portalı məlumat verib.

Xarici siyasət idarəsində 2026-cı ilin sonunda müddəti başa çatan qadağanın uzadılmasını "Ukraynada davam edən müharibə, regionda etibarsız vəziyyət və Latviyanın daxili təhlükəsizliyini qorumaq zərurəti" ilə izah ediblər.

Qeyd olunur ki, viza almaq üçün müraciətləri əvvəlki kimi Latviya və Avropa İttifaqı vətəndaşlarının və qeyri-vətəndaşlarının (Latviya qanunvericiliyinə görə 1 iyul 1992-ci il tarixinə respublikada daimi yaşayan, lakin Latviya və ya başqa ölkənin vətəndaşlığı olmayan xüsusi şəxslər kateqoriyası) ailə üzvləri, Baltik respublikasının və Aİ ölkələrinin yaşayış icazəsi və uzunmüddətli vizasına malik olanlar, habelə ölkəyə girişi "humanitar mülahizələrlə şərtlənən" şəxslər təqdim edə bilərlər. Bundan əlavə, diplomatik və konsulluq müəssisələrinin bir sıra əməkdaşları, eləcə də nəqliyyat şirkətlərinin işçiləri üçün istisnalar saxlanılacaq.