27 aprel 2026 22:22
148

Sikorski: Fikonun təyyarəsinin Polşa üzərindən Rusiyaya uçuşu gündəmdən çıxarılıb

Slovakiyanın Baş naziri Robert Fikonun təyyarəsinin Polşa hava məkanından Rusiyaya uçuşu məsələsi gündəmdən çıxarılıb.

İki sahil” “TVP Info”ya istinadla xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski jurnalistlərə bildirib.

"Mənim hazırkı məlumata görə, bu məsələ artıq mövcud deyil", Sikorski jurnalistin Polşa Xarici İşlər Nazirliyinin Fikonun uçuşu ilə bağlı qərar qəbul edib-etməməsi ilə bağlı sualına cavab verib.

Nazir Varşavanın uçuş icazəsi vermək niyyətində olub-olmadığını və ya Bratislavanın Moskvaya uçuş üçün hansı marşrutu seçdiyini dəqiqləşdirmədən bu qısa cavabla kifayətlənib. Diplomatik mənbələr də televiziya kanalına Slovakiya tərəfinin Polşa ərazisi üzərindən uçuş ehtiyacının aradan qalxdığını təsdiqləyiblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”