Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-mart aylarında 2,1 milyon müraciət edilib.
“İki sahil” xəbər verir ki, qeyd edilən dövrdə 63 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 197 min elektron arayış verilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 81 milyon olub.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi