Azad olunan ərazilərdə aprelin 20-dən 26-dək 23 tank əleyhinə mina, 39 piyada əleyhinə mina, 621 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Ötən həftə 1593,1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində tədbirlərin keçiriləcəyi məkanlar açıqlanıb
Gündəlik həyat tərzi dəyişiklikləri ürək-damar xəstəliklərinin qarşısında əsas müdafiə xəttidir - OXUYUN XƏBƏRİNİZ OLSUN!
MM narkoloji xəstələrin işə qəbulunda işəgötürənin məsuliyyətinin artırılmasını qəbul edib