23 aprel 2026 21:37
134

Bilirdim ki, tarixə düşə bilərəm - Həsrət Cəfərov

Ardıcıl dördüncü dəfə Avropa çempionu olmaq qürurverici hissdir.

“İki sahil” xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Üzərimdə böyük məsuliyyət var idi. Bilirdim ki, tarixə düşə bilərəm. Şükür ki, bunu bacardım. Yüksək hazırlıq keçdiyimiz üçün qızıl medal qazandım. Xalda arxaya düşsəm də, geri dönüş edə bildim".