“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Uşaq İncəsənət Məktəbi ərazi partiya təşkilatında yığıncaq keçirilib.
“İki sahil” xəbər verir ki, yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Uşaq İncəsənət Məktəbi ərazi partiya təşkilatının sədri Samirə Verdiyeva və digər partiya üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə milli memarlıq ənənələrinin qorunması və şəhərsalma siyasətinin formalaşdırılmasında misilsiz xidmətlərindən geniş bəhs ediblər.
Qeyd olunub ki, bu gün də Ümummilli Liderin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir.
Daha sonra təşkilati məsələlərə baxılıb. “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında” Əsasnamənin 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq sadə səs çoxluğu ilə Elnurə Hüseynova Uşaq İncəsənət Məktəbi ərazi partiya təşkilatının sədr müavini seçilib.