19 aprel 2026 16:45
137

Azərbaycan atletləri Batumidə keçirilən Avropa çemoionatında iştirak edirlər

Batumi şəhərində ağır atletika üzrə Avropa çempionatı keçirilir.

Təşkilat komitəsindən “İki sahil”ə bildirilib ki, bir həftə davam edəcək turnirdə Azərbaycanın 3 ağırlıqqaldıran pəhləvanı iştirak edir.

Qeyd edək ki, Gürcüstan son yeddi ildə ikinci dəfə qitə çempionatına ev sahibliyi edir və tədbir yüksək səviyyədə təşkil olunub. Avropa çempionatının rəsmi açılış mərasimi aprelin 20-də saat 20:30-da olacaq.