Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq.
“İki sahil” xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda qarşılaşma keçiriləcək.
Saat 13:00-da "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gələcək.
Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər. Bütün görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində təşkil olunacaq.