17 aprel 2026 15:16
161

Psixoloq: Emosiyaları idarə etməyin ilk addımı onları tanımaq və düzgün adlandırmaqdır

Emosiyaların idarə olunmasında ilk addım onları tanımaq və adlandırmaqdır. İnsan nə hiss etdiyini düzgün anlamadıqda həmin emosiyanı idarə etməsi də çətinləşir.

Bunu psixoloq Təranə Paşayeva “İki sahil”ə özəl açıqlamasında söyləyib.

Psixoloq bildirib ki, nəfəs texnikaları və bədənə fokuslanma üsulları ani emosional reaksiyaları azaltmağa kömək edir. Eyni zamanda düşüncə ilə emosiyanın fərqinin dərk edilməsi də mühüm əhəmiyyət daşıyır. Məsələn, “mən uğursuzam” düşüncəsi ilə “mən məyusam” hissi eyni deyil.

Təranə Paşayeva qeyd edib ki, yazmaq və ya refleksiya etmək emosional aydınlıq yaradır. Bu bacarıqlar zamanla və təcrübə ilə inkişaf edir, zəruri hallarda isə psixoloji dəstək prosesin daha da sürətlənməsinə kömək edə bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”