14 noyabr 2026 01:38
167

Millimiz Lixtenşteynə qalib gəldi

Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirib.

“İki sahil” xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşıb.

Vaduts şəhərindəki “Reynpark” stadionunda keçirilən görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da, yığmamız qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.

Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

13 noyabr

Lixtenşteyn 0-1 Azərbaycan

Qol: Mahir Emreli, 26

Baş hakim: Kristo Tohver (Estoniya)

“Rheinpark” stadionu, Vaduz