15 aprel 2026 12:15
103

"Real Madrid"in əfsanəvi futbolçusu vəfat edib

Əfsanəvi uruqvaylı və ispaniyalı futbolçu Xose Emilio Santamaria vəfat edib.

“İki sahil” xəbər verir ki, o, 96 yaşında həyatını itirib.

Santamaría 1957-ci ildə "Real Madrid"ə qoşulub və 1966-cı ilə qədər doqquz mövsüm Madrid komandasında oynayıb. O, dörd dəfə Avropa Çempionatı (1958, 1959, 1960, 1966), bir Qitələrarası Kuboku, altı La Liqa titulunu və bir "Copa del Rey" kubokunu qazanıb.

Santamaría tarixdə ilk dəfə ardıcıl iki dəfə AÇ-ni qazanan əfsanəvi komandanın bir hissəsi olub. O, Uruqvay millisində 25, İspaniya millisində isə 16 oyun keçirib. O, DÇ-1954-də Uruqvay, DÇ-1962-də isə İspaniya millisində oynayıb.

Santamaria DÇ-1982-də İspaniya milli komandasının baş məşqçisi olub. 1971-ci ildən etibarən Santamaria yeddi mövsüm "Espanyol" komandasına başçılıq edərək klub tarixində ən çox rəsmi oyun keçirən (252) məşqçi olmuşdu.