Misli Premyer Liqasında 27-ci tur davam edir.
“İki sahil” xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçiriləcək.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olacaq. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.
Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir - 3:0 və 3:1.
Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb - 4:0.
Misli Premyer Liqası
27-ci tur
11 aprel (şənbə)
15:30. “Şamaxı” - “Qarabağ”
Şamaxı şəhər stadionu
18:00. “Sabah” - “Zirə”
“Bank Respublika Arena”
20:00. “Neftçi” - “Araz-Naxçıvan”
“Palms Sports Arena”
12 aprel (bazar)
15:30. “Qəbələ” - “İmişli”
Qəbələ şəhər stadionu
18:00. “Turan Tovuz” - “Sumqayıt”
Tovuz şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 4:1