10 aprel 2026 10:19
118

İsrail Livana hücumu dayandırmayana qədər İran ABŞ ilə danışıqlara başlamayacaq

“İran İsrailin Livana hücumları dayandırmayana qədər ABŞ ilə danışıqlara getməyəcək”.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a İran mənbələri bildirib.

“Nümayəndə heyəti hələ getməyib, İsrail Livana hücumlarını davam etdirdikcə, danışıqlar mümkün deyil”, - mənbə qeyd edib.