"Rosatom" artıq İrandakı Buşehr Atom Elektrik Stansiyasından 500-dən çox insanı təxliyə edib.
“İki sahil” xəbər verir ki, dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçev "Vesti"yə verdiyi müsahibədə bildirib ki, stansiyada təxminən 128 işçi qalıb.
"Əlbəttə ki, son saatlarda bu atəşkəslə bağlı müəyyən bir rahatlama müşahidə olunub", - deyə Aleksey Lixaçev qeyd edib. Lakin, onun sözlərinə görə, atəşkəs perspektivləri bəlli deyil. "Nəzəri olaraq, istənilən an dayandırıla bilər", - deyə Lixaçev izah edib.
"Rosatom" rəhbəri əlavə edib ki, korporasiyanın əsas prioriteti insanların həyatı və sağlamlığıdır, buna görə də korporasiya növbəti təxliyə dalğası keçirməyi planlaşdırır.
Aleksey Lixaçev İran hakimiyyətinə və Rusiya Müdafiə Nazirliyinə işçilərin təxliyəsini təşkil etdiklərinə görə təşəkkür edib. Onların dəstəyi sayəsində "Rosatom" 500-dən çox insanı "heç bir risk və ya insident olmadan" təxliyə edib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir