09 aprel 2026 14:41
126

“Grand Prix” beynəlxalq karate turniri keçiriləcək

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10–12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək.

“İki sahil” xəbər verir ki, yarış Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində baş tutacaq. Turnirin təntənəli açılış mərasimi 10 aprel tarixində saat 17:00-da keçiriləcək. Turnirdə 9 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir ki, bu da yarışın yüksək beynəlxalq səviyyədə və böyük rəqabət şəraitində keçdiyini göstərir.

“Grand Prix” turnirinin əsas məqsədi karate idman növünün inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan karateçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Yarış çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə görüşlər təşkil olunacaq, qaliblər müvafiq mükafatlarla təltif ediləcəklər.

Azərbaycan Karate Federasiyası bütün idman ictimaiyyətini və karate həvəskarlarını turniri izləməyə dəvət edir.