Qazaxıstanın Pavlodar vilayətində meşə yanğınlarının qarşısını almaq üçün müasir nəzarət sistemləri və dronlar tətbiq edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın Kazinform informasiya agentliyi məlumat verir. Bildirilib ki, müşahidə kameraları vahid sistemə birləşdirilib, həmçinin yanğınların erkən aşkarlanması üçün 8 dron istifadəyə verilib. Bildirilib ki, gündəlik peyk və video nəzarəti aparılır, monitorinq təkcə regionu deyil, qonşu əraziləri də əhatə edir.
Həmçinin qeyd edilib ki, Bayanaul Milli Parkı əlavə kameralar quraşdıraraq nəzarət zonasını genişləndirir. Hava patrulu isə Kazaviaspas xidməti tərəfindən həyata keçirilir.