09 aprel 2026 09:23
124

Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı məsələləri, habelə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzrə razılıq əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Artıq çoxdan, bütün yalan ritorikaya rəğmən, razılaşdırılıb - nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq", - Ağ Ev rəhbəri qeyd edib.

Tramp həmçinin əlavə edib ki, ABŞ Silahlı Qüvvələri hazırda "resurslarını bərpa edir və yeni fəthlərin gözləntisi ilə istirahət edir".

Bununla belə, o qeyd edib ki, ölkənin bütün hərbi texnikası və hərbi qulluqçuları İran ətrafındakı mövqelərində qalacaqlar.