09 aprel 2026 08:56
135

"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib

Livan İslam Müqaviməti ("Hizbullah") İsrailin bu ölkəyə endirdiyi zərbələrə cavab olaraq hərəkətə keçib.

“İki sahil” "Mehr" Xəbər Agentliyinə istinadla xəbər verir ki, müqavimət bununla bağlı bəyanat yayıb.

Müqavimətin atəşkəsə sadiq qaldığı diqqətə çatdırılan bəyanatda "Livanı və xalqını müdafiə etmək üçün", həmçinin düşmənin atəşkəs razılaşmasını pozmasına cavab olaraq Əl-Manara qəsəbəsinin raket atəşinə tutulduğu bildirilib.

"Bu cavab tədbirləri İsrail-Amerika təcavüzü ölkəmizə və xalqımıza qarşı dayandırılana qədər davam edəcək", - bəyanatda qeyd edilib.