Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Çinin bu ölkədəki səfiri Çjou Çyan ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstan və Çin arasında strateji tərəfdaşlığın və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikası, eləcə də ticarət-iqtisadi, turizm, mədəniyyət, idman və təhsil sahələrində səmərəli əməkdaşlıq vurğulanıb.
Söhbət zamanı "Bir kəmər, bir yol" təşəbbüsü və Orta Dəhlizin inkişafı çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub. Bundan əlavə, Gürcüstanın Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və effektiv fəaliyyətinə töhfə verməyə hazır olduğu diqqətə çatdırılıb.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq