08 aprel 2026 20:14
128

Abbas Əraqçi: İsrail İran və Livanda atəşkəsi pozub

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin İranda və Livanda atəşkəsi pozduğunu bildirib.

“İki sahil” “Fars” agentliyinə istinadla xəbər verir ki, bu məsələ İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.

Onlar, həmçinin İran Prezidenti və Pakistanın Baş naziri arasında baş tutan söhbətdə müzakirə olunmuş mövzuların izlənilməsi və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.