İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Əraqçinin teleqram kanalında bildirilib.
"Abbas Əraqçi və Ceyhun Bayramov regiondakı son vəziyyət barədə danışıqlar aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər", - paylaşımda bildirilib.
Qeyd olunub ki, söhbətin detalları daha sonra açıqlanacaq.
İsrail ilə danışıqlar zəiflik əlaməti deyil - Livan prezidenti xalqa müraciət etdi
ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb