08 aprel 2026 19:49
101

Rusiyanın itkiləri açıqlandı - 1505-ci gün

Ukrayna müharibənin 1505-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 306 500 hərbçi, 11 846 ədəd tank, 24 368 ədəd zirehli döyüş maşını, 39 625 ədəd artilleriya sistemi, 1 723 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 341 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 88 103 ədəd avtomobil texnikası, 225 301 ədəd PUA, 4 517 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 117 xüsusi avadanlıq itirib.