Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq edərək bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) onların hava məkanından istifadə etməsinə icazə veriləcəyi təqdirdə cavab tədbirləri görüləcək.
“İki sahil” xəbər verir ki, bu barədə The Times qəzeti yazır.
Məlumata görə, Moskva NATO üzvü olan Baltik regionu dövlətlərinə xəbərdarlıq edib ki, əgər onlar Ukrayna tərəfindən Rusiyaya qarşı PUA hücumları üçün öz hava məkanlarından istifadə olunmasına imkan versələr, bunun nəticələri olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu xəbərdarlıq Baltik ölkələrinin Ukrayna pilotsuz aparatlarının uçuşları üçün hava məkanını açmaq qərarı fonunda verilib.
Eyni zamanda, Estoniya rəhbərliyi Ukraynaya müraciət edərək PUA marşrutlarını ölkənin hava məkanından keçirməməyə çağırıb.