08 aprel 2026 11:11
163

"Sony Pictures Entertainment" yüzlərlə işçisini ixtisar edir

"Sony Pictures Entertainment" şirkətinin rəhbərliyi yaxın gələcəkdə dünya üzrə bölmələrində yüzlərlə işçisini işdən çıxarmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Variety" "Sony Pictures Entertainment"in daxili məktubuna istinadla məlumat verib.

Sənəddə deyilir: "Bəzi sahələrdə işçi sayını azaldırıq, digər sahələrə isə diqqət və investisiyaları artırırıq".

Qeyd olunur ki, işdən çıxarılmalar iqtisadi problemlərlə deyil, daxili yenidənqurma ilə bağlıdır.

Dəyişikliklər oyun şousuna və qeyri-bədii televiziya bölmələrinə təsir edəcək.