Əsas missiyamız talassemiya və digər irsi qan xəstəliklərinin erkən diaqnostikası, davamlı müalicəsi və profilaktikası ilə xəstələrin həyat keyfiyyətini yüksəltməkdir. Diaqnostika, müntəzəm qan transfuziyalarının təşkili, dəmir yüklənməsinə nəzarət, multidissiplinar tibbi müşahidə və genetik məsləhət əsas istiqamətlərimizdir.
Bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) Talassemiya bölməsinin Baş həkimi Səhər İsmayılovanın “İki sahil” ə özəl müsahibəsində diqqətə çatdırıb.
Səhər İsmayılova bildirib ki, hazırda Talassemiya Mərkəzində təxminən 3 300 talassemiyalı xəstə qeydiyyatdadır.
Yaqut Ağaşahqızı, “İki sahil”