06 aprel 2026 20:37
139

İnşaat və tikinti sektoruna kredit qoyuluşu artıb

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,877 milyard manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 22,7 milyon manat və ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 51,2 milyon manat və ya 2,8% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.