"İnter" İtaliya A Seriyasının XXXI turunda doğma meydanda "Roma"nı 5:2 hesabı ilə məğlub edib.
“İki sahil” xəbər verir ki, bununla da Milan klubu ölkə çempionatında üç oyunluq qələbəsizlik seriyasına son qoyub.
“İnter” bundan öncə son qələbəsini fevralın 28-də “Cenoa” üzərində 2:0 hesabı ilə qazanmışdı.
Qeyd edək ki, hazırda “İnter” 72 xalla turnir cədvəlinə başçılıq edir.