05 aprel 2026 19:13
133

İrakli Kobaxidze: Bu gün Gürcüstan enerji idxalından əhəmiyyətli dərəcədə asılıdır

Bu gün ölkəmiz elektrik enerjisi idxalından əsaslı dərəcədə asılıdır. Ümumi istehsalımız təxminən 4700 MVt-dır. Qarşıdakı 10 illik perspektivdə bu gücü 11500 MVt-a çatdırmaq istəyirik. Buna nail olsaq Gürcüstan idxaldan tamamilə müstəqil olacaq və elektrik enerjisi ixrac edə biləcək.

“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli televiziyaya müsahibəsində söyləyib.

İ.Kobaxidze deyib: “Elektrik enerjisi istehsalı istiqamətində ümumi vəzifəmiz çox aydındır. Biz Gürcüstanın elektrik enerjisi baxımından özünü təmin edən ölkəyə çevrilməsini istəyirik. Digər enerji mənbələri də var, bunlar qaz, neftdir, biz bununla özümüzü təmin edə bilmərik, müvafiq resurslarımız yoxdur. Lakin elektrik enerjisi sahəsində tamamilə özünü təmin etmək imkanımız var”.

Baş nazir bildirib ki, özünü təmin etmək dedikdə, Gürcüstanın artıq idxaldan asılı olmayacağı, öz istehsal etdiyi elektrik enerjisini ixrac edə biləcəyi nəzərdə tutulur və bu da müvafiq sahədə uğur, enerji müstəqilliyi və ümumiyyətlə, ölkənin iqtisadi inkişafı üçün vacibdir.