Avropa Ukrayna münaqişəsinin nizamlanmasında dəfələrlə vasitəçi rolunu oynamaq imkanı əldə edib, lakin bu cəhdlərin nəticəsi məlumdur.
“İki sahil” xəbər verir ki, TASS-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Avropa 2014-cü ilin fevralından başlayaraq dəfələrlə vasitəçilik rolunu oynamaq imkanı əldə edib. Həmin vaxt Fransa, Almaniya və Polşa Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşmanın təminatçıları kimi çıxış ediblər”, – deyə o qeyd edib.
Lavrov bildirib ki, sonrakı illərdə də Avropa nümayəndələrinin Ukrayna münaqişəsinin nizamlanmasında müsbət rol oynamaq imkanları olub. O, 2015-ci il Minsk razılaşmalarını, 2019-cu ildə Normandiya formatında əldə olunan razılaşmaları və 2022-ci ilin aprelində Ukrayna tərəfindən hazırlanmış sənədin imzalanmasının qarşısının alınmasını xatırladıb.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Minsk razılaşmalarını imzalayan Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransanın keçmiş prezidenti Fransua Olland və Ukraynanın keçmiş prezidenti Petro Poroşenko – hər üç imzaçı, Rusiya Prezidenti Vladimir Putindən başqa, heç nəyi yerinə yetirmək niyyətində olmadıqlarını bildiriblər
O, həmçinin 2022-ci ilin aprelində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Ukrayna tərəfinin təklif etdiyi və ilkin paraflanmış sənədin imzalanmasına mane olduğunu iddia edib.
Lavrov Avropa ölkələrinin Ukrayna üzrə danışıqlarda iştirak etmək tələblərini də tənqid edərək, onların əvvəlki vasitəçilik cəhdlərinin nəticələrini xatırladıb.
Yəmən ordusu xüsusi əməliyyatlar zamanı 173 husinin zərərsizləşdirildiyini açıqlayıb