04 aprel 2026 10:55
127

İsrail ordusu Tehranda HHM sistemlərinə və hərbi obyektlərə hücum edib

İsrail Müdafiə Ordusu Tehranda İranın əsas infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 3-də endirilən zərbələr zamanı İsrail ordusu İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) obyektlərini, o cümlədən təyyarələri vurmaq üçün nəzərdə tutulan raketlərin saxlanıldığı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) HHM obyektini vurub.

Bundan əlavə, İsrail ordusu İranın elmi-tədqiqat və təcrübi konstruktor işlərinin mühafizəsinə cavabdeh olan hərbi obyektə zərbə endirib.

"Paralel olaraq, İsrail Müdafiə Ordusu ballistik raketlərin saxlanıldığı obyektə, həmçinin müharibə vasitələrinin digər istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor obyektlərinə zərbələr endirib", - bəyanatda bildirilib.