Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin gələcəyinin Aİ ilə bağlı olduğuna əminliyini ifadə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Antonio Koşta Brüsseldə Avropa İttifaqının genişlənməsinə həsr olunmuş forumda çıxışı zamanı bildirib.
“Genişlənmə yük deyil, kollektiv və ümumi rifahımıza yatırılan investisiyadır. Bu, ittifaq üzrə vətəndaşlar və biznes üçün imkanlar yaradır, bazarlarımızı genişləndirir, sosial modelimizi gücləndirir və qlobal sarsıntılara reaksiya vermək qabiliyyətimizi artırır”, - deyə o bildirib.
Bununla yanaşı, Koşta vurğulayıb ki, “üzvlük prosesi ədalətli, ardıcıl və ləyaqət prinsipinə əsaslanan olaraq qalmalıdır”.
Yəmən ordusu xüsusi əməliyyatlar zamanı 173 husinin zərərsizləşdirildiyini açıqlayıb