16 noyabr 2026 23:32
50

Meksika miqrasiya dalğasını dayandırmasa, ABŞ rüsumları artıracaq - Tramp

ABŞ administrasiyası Meksika ABŞ-yə doğru hərəkət edən miqrant axınının qarşısını almasa, Meksika məhsullarına gömrük rüsumlarını artıracaq.

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Ondan Birləşmiş Ştatlara doğru hərəkət edən miqrant axını ilə bağlı fikirləri soruşulub. “Onların buraya daxil olmasına icazə verilməyəcək və Meksika onların qarşısını alacaq. Onlar miqrantları dayandıracaqlarını bildiriblər. Əgər bunu etməsələr, Meksikaya qarşı sərt gömrük rüsumları tətbiq edəcəyik”, - deyə ABŞ prezidenti ASEAN və APEC xətti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Filippin və Çinə səfərə yola düşməzdən əvvəl bildirib.