04 aprel 2026 08:22
126

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib

Tehranın şimalındakı dağlıq Kolakçal bölgəsində bir neçə partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Əl-Hədət telekanalı məlumat yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. İran rəsmiləri sözügedən məlumatı şərh etməyiblər.

Eyni zamanda, beynəlxalq media və şahidlər paytaxtda bir neçə güclü partlayış səsinin eşidildiyini və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirir.