04 aprel 2026 00:49
92

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

Aprelin 2-də ABŞ vasitəçi ölkə vasitəsilə İrana 48 saatlıq atəşkəs təklif edib. Tehran isə buna hücumlarının intensivliyini artırmaqla cavab verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fars xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, təklif “İran İslam Respublikasının hərbi potensialının səhv qiymətləndirilməsi nəticəsində ABŞ Silahlı Qüvvələri üçün ciddi problemlərin yaranmasından” sonra irəli sürülüb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton silahlı münaqişəyə son qoymaq üçün “yeni, daha ağlabatan” İran hakimiyyəti ilə danışıqlar aparır.

İslam Respublikasının Xarici İşlər Nazirliyi isə Amerika liderinin açıqlamalarını dəfələrlə təkzib edərək bildirib ki, Tehran vasitəçilər vasitəsilə ABŞ-dan bir neçə təklif alıb və bu təklifləri “məntiqsiz” və “həddindən artıq sərt” kimi qiymətləndirib.