03 aprel 2026 23:59
102

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib

İran səmasında vurulmuş ABŞ-nin F-15 qırıcı təyyarəsinin pilotlarının axtarışına cəlb edilmiş helikopterin raketlə vurulduğu bildirilir.

“İki sahil” xəbər verir ki, raketlə vurulan “Black Hawk” tipli helikopter İran hava məkanını tərk edərək təhlükəsiz şəkildə eniş edə bilib.

İran mediası da bu gün ABŞ-a məxsus bir helikopterin axtarış əməliyyatları zamanı vurulduğunu açıqlayıb: “Amerika helikopteri itkin pilotun axtarışı zamanı İran tərəfindən atılan mərmi ilə vurulub”.