03 aprel 2026 23:32
107

Qazaxıstan Yaxın Şərq üzrə sülh danışıqlarını Türküstanda qəbul etməyə hazırdır

Qazaxıstan Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh danışıqları üçün Türküstan şəhərini platforma kimi təqdim etməyə hazırdır.

“İki sahil”in Qazaxıstan XİN-ə istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Körfəz ərəb ölkələrinin və İordaniyanın səfirləri qrupu ilə görüşdə bildirib.

Y.Koşerbayev qeyd edib ki, Qazaxıstan tərəfi Körfəz dövlət başçılarının sülh siyasi dialoqunun qurulması istiqamətindəki səylərini, həmçinin Çin və Pakistanın regionda sülh və sabitliyin bərpası üzrə birgə təşəbbüsünü alqışlayır.

Öz növbəsində ərəb diplomatları regional təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq səylərin davam etdirilməsinin, o cümlədən Astana ilə əlaqələrin və koordinasiyanın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.