03 aprel 2026 23:06
95

İran ABŞ-ın "LUCAS" kamikadze dronunu vurub

İranın Hava Hücumundan Müdafiə (HHM) vasitələri ölkənin cənubundakı Hörmüzqan əyalətində ABŞ-a məxsus "LUCAS" sərbəst uçan döyüş sursatını vurub.

“İki sahil” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidmətinin bəyanatını "SNN" telekanalı yayıb.

"Sirik bölgəsində ABŞ-ın "LUCAS" kamikadze dronu vurulub və Fars körfəzinə düşüb", - məlumatda bildirilib.