03 aprel 2026 22:39
103

Azərbaycan gimnastları “AGF Trophy” turnirinin final mərhələsində

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk günü başa çatıb.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gənclər və böyüklər yaş kateqoriyasındakı gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə çıxışlarını nümayiş etdiriblər.

Ölkəmizi bu turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil edirlər.

İlk günün təsnifat mərhələsinə əsasən halqa ilə proqramda Gövhər İbrahimova və Kamilla Seyidzadə, top ilə proqramda Kamilla Seyidzadə, Fidan Qurbanlı və Azadə Atakişiyeva final mərhələsinə yüksəliblər.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.