Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisində insan cəsədinin qalıqları tapılıb. Qalıqların kimə məxsus olduğu hələ müəyyən edilməyib.
“İki sahil” “əl-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, İran adalarından birində saya oturan “Mayuri Naree” adlı gəmidə itkin düşmüş üç gəmiçinin tapılması üçün axtarış-xilasetmə qrupları cəlb edilib.
Qeyd edək ki, Hörmüz boğazından keçən zaman baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.
Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər