03 aprel 2026 22:02
110

Azərbaycan kuboku: "Qarabağ" "Sabah" oyununda qollu bərabərlik

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyun günündə "Qarabağ" "Sabah"ı qəbul edib.

İki sahil”in məlumatına görə, qarşılaşmanın 23-cü dəqiqəsində Umarali Raxmonaliyev hesabı açıb. 29-cu dəqiqədə isə Kadi Borges bərabərlik qolunu vurub – 1-1. O, 60-cı dəqiqədə “Qarabağ”ı hesabda önə çıxarsa da 65-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Umarali Raxmonaliyev də özünün və komandasının ikinci qolunu vuraraq bərabərliyi təmin edib.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

Azərbaycan kuboku,

1/2 final ilk oyun

3 aprel (cümə)

20:00. “Qarabağ” 2–2 “Sabah”

Qollar: Umarali Raxmonaliyev, 23 (0-1), Kadi Borges, 29 (1-1), Kadi Borges 60 (2-1), Umarali Raxmonaliyev 65-pen (2-2)

Tofiq Bəhramov adına Respublika Stadionu