Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, günün ikinci matçında "Naxçıvan" "Sərhədçi" ilə qarşılaşıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 98:87.
Günün ilk görüşündə isə "Şəki" "Quba"nı (101:89 ) üstələyib.
Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.