03 aprel 2026 17:23
95

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

Küveytdə elektrik enerjisi istehsalı və su süzgəci stansiyası İranın hücumu nəticəsində zərər görüb.

“İki sahil” xəbər verir ki, bu barədə Küveytin Elektrik və Su Ehtiyatları Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi sözçüsü Fatimə Həyat bildirib ki, texniki heyət və fövqəladə hallar qrupları hadisənin nəticələrinin aradan qaldırılması və stansiyanın fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə təcili tədbirlər görürlər.

Hadisə nəticəsində insan tələfatının olub-olmaması barədə məlumat verilməyib.