03 aprel 2026 19:58
112

Rusiyanın itkiləri açıqlandı - 1500-cü gün

Ukrayna müharibənin 1500-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 301 260 hərbçi, 11 833 ədəd tank, 24 340 ədəd zirehli döyüş maşını, 39 293 ədəd artilleriya sistemi, 1 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 338 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 86 950 ədəd avtomobil texnikası, 214 629 ədəd PUA, 4 491 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 109 xüsusi avadanlıq itirib.