Keniya boksçusu Ceykob Oyoko döyüşdən sonra xəstəxanada vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Nairobi Times" qəzeti məlumat yayıb. İdmançının 38 yaşı olub.
Ceykob Oyoko superyüngül çəki kateqoriyasında Julius Okuruchi ilə döyüş zamanı huşunu itirib. Ona ilkin tibbi yardım göstərilib və süni tənəffüs aparılıb. Daha sonra boksçu xəstəxanaya çatdırılıb, burada həkimlər onun öldüyünü təsdiqləyiblər.
Keniya Peşəkar Boks Komissiyası (KPBC) idmançının ölüm səbəblərini araşdırmağa başlayıb. Araşdırma tibbi müayinələrin nəticələri, döyüşün keçirildiyi şərait və referi qərarlarını da əhatə edəcək.