Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenskiyə Donbasla bağlı ultimatum verdiyi bildirilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Express" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Putin Donetsk vilayəti ilə bağlı müharibənin dayandırılması müqabilində Zelenskidən kapitulyasiya tələb edib.
Bundan əvvəl Zelenski Rusiyanın Ukraynaya Donbasdan qoşunların çıxarılması üçün iki ay vaxt verdiyini təsdiqləmişdi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyev rəhbəri qoşunların Donbasdan çıxarılması ilə bağlı qərarı “artıq bu gün” qəbul etməlidir.