03 aprel 2026 13:43
95

Rusiyanın neft-qaz gəlirləri mart ayında 42,7% artıb

Rusiyanın federal büdcəsinin neft və qaz gəlirləri mart ayında əvvəlki ayla müqayisədə 42,7% artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi məlumatında bildirilir.

Nazirliyin açıqlamasına görə, mart ayında neft-qaz gəlirləri 617 milyard rubl təşkil edib.

Bundan əvvəl Bloomberg qeyd etmişdi ki, Rusiyanın neft gəlirləri 40 milyard dollara çata bilər.