Rusiya, Çin və Fransa BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazından gəmiçiliyin təmin edilməsi üçün güc tətbiqinə imkan verən qətnamə layihəsinə qarşı çıxıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti diplomatik mənbəyə və BMT-nin yüksək vəzifəli nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, bu ölkələr faktiki olaraq ərəb dövlətlərinin İrana qarşı hərbi əməliyyatlara icazə almaq cəhdlərinin qarşısını alıblar.
Nəşr yazır ki, Rusiya, Çin və Fransa sənəddə güc tətbiqinə imkan verən istənilən formulalara etiraz ediblər.
Qeyd olunur ki, qətnamə layihəsi bir neçə həftə davam edən qapalı danışıqlardan sonra artıq dördüncü redaksiyadadır. Sənəddə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri vasitələrdən istifadə” hüququnu nəzərdə tutan müddəa yer alır.