Hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən həyata keçirilir. Qaydaların 4-cü bəndində qeyd olunan tələblərin tam təmin olunması mütləqdir.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil”ə müsahibəsində vurğulayıb.
Tural Əhmədov əlavə edib ki, sözügedən tələblər yerinə yetirilmədiyi təqdirdə kvalifikasiyanın tanınmasından imtina edilir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?
Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI