30 mart 2026 17:53
114

Rubio: Vaşinqton İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək

ABŞ İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcək.

“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.

"Onlar (İran hakimiyyəti - red.) Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaqla, keçid haqqı sistemi tətbiq etməklə və s. ilə hədələyir. Bu baş verməyəcək və prezidentin (ABŞ Prezidenti Donald Trampın - red.) bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var", - Rubio vurğulayıb.